Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |     19:54 Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib  |     19:38 Gürcüstan DİN-in vəzifəli şəxsinin meyiti tapılıb  |     19:12 Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü  |     18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |    

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

“Microsoft” şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun “Four Season” hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb.

Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan “Cascade Investment” investisiya şirkəti Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülazizin “Four Seasons” hotelinin səhmlərinin yarısını almaq qərarına gəlib.

Hotel rəhbərliyi tərəfindən ictimaiyyətə verilən məlumatda qeyd olunur ki, Bill Qeytsinin şirkəti bu müqavilə üçün 2,21 milyard dollar ödəyib.

Məlumatda həmçinin qeyd olunur ki, Şahzadə Talal bin Abdülazizə məxsus səhmlərinin 23,75 faizini satın alan Bill Qeyts bununla da “Four Seasons” səhmlərinin 71,25 faizinə sahib çıxaraq hotelin əsas səhmdarına çevrilib.

Hazırda Səudiyyə şahzadəsi “Four Seasons”da səhmlərin 23,75-nə, “Four Seasons”un qurucusu İsador Şarp isə 5 faizinə sahibdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            456 10.09.21 12:18