İndoneziyanın Banten əyalətinin Tanqeranq şəhərindəki həbsxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb.
Bu barədə "France-Press" agentliyi ədliyyə və insan hüquqları naziri Cason Laoliyə istinadən məlumat yayıb.
Qeyd edək ki, yanğın ötən gün səhər saatlarında qeydə alınıb.
Yanğının dəqiq başvermə səbəbləri məlum olmasa da, enerji təchizatı sistemindəki problemlər səbəbindən yarana biləcəyinə dair versiya irəli sürülür.