Koronavirusa qarşı “fövqəlinsan” immunitet müəyyən edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |     19:54 Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib  |     19:38 Gürcüstan DİN-in vəzifəli şəxsinin meyiti tapılıb  |     19:12 Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü  |     18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |    

Koronavirusa qarşı “fövqəlinsan” immunitet müəyyən edilib

Koronavirus keçirmiş və peyvənd kursunu tamamlayan insanların bəziləri COVID-19 ilə mübarizə aparmaq üçün “fövqəlinsanlıq” qabiliyyətinə malikdirlər. Amerikalı virusoloqlar belə bir nəticəyə gəliblər.

Elm adamlarına görə, bu vəziyyətdə immunitet sistemi bəzən virusu xatırlayır və hətta gələcəkdə necə mutasiya edəcəyini də təxmin edə bilir.

İmmunoloqların fikrincə adətən təbii immunitet yeddi-səkkiz aya qədər orqanizmi müdafiə edir, bir ildən sonra insan hələ də antitellərə sahib olur, lakin fərqli ştamlara qarşı daha həssas olur. Ancaq təbii immuniteti olan biri peyvənd də olunarsa, bədəni öz müdafiəsi üçün əlavə resurslar ayırmağa başlayır.

“Bu insanların, yaxın gələcəkdə görə biləcəyimiz SARS-CoV-2-nin əksəriyyətindən və bəlkə də bütün variantlarından kifayət qədər yaxşı qorunacağını güman edə bilərik”, - deyə Rokfeller Universitetinin virusoloqu Pol Benias bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 065 09.09.21 12:15