Əfqanıstanda qadınlara idmanla məşğul olmaq qadağan ediləcək.
Bu barədə "Guardian" qəzeti "Taliban" nümayəndəsinə istinadən məlumat yayıb.
"Taliban" Mədəniyyət Komissiyası rəhbərinin müavini Əhmədullah Vasik qadınlar üçün idmanın lazımlı olmadığını deyib. Onun sözlərinə görə, hətta kriket oynayanda da qadının üzü və bədəni açıla bilər, İslam dini isə qadınların belə görünməsinə icazə vermir.