Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri, ordu generalı Yevgeni Ziniçevin ölümünün təfərrüatı məlum olub.
Hadisə təlim filminin çəkilişləri zamanı baş verib.
Belə ki, suyun kənarında dayanan 63 yaşlı kinorejissor Aleksandr Melnikin ayağı sürüşərək qayalıqdan suya yıxılıb. Bu zaman onun yanında olan Ziniçev Melniki tuta bilməyib, özü də onun dalınca suya düşərək xəsarət alıb.
Hər iki zərərçəkən helikopterlə xəstəxanaya aparılarkən yolda ölüb.
* * * * *
Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri, ordu generalı Yevgeni Ziniçev Norilskdə keçirilən təlim zamanı ölüb.
Bu barədə nazirlikdən məlumat verilib:
“Təəssüf hissi ilə bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçev xidməti vəzifəsini yerinə yetirərkən, Norilskdə Arktika zonasının fövqəladə hallardan qoruması ilə bağlı qurumlararası təlimdə bir insanın həyatını xilas edərkən faciəli şəkildə həlak olub”.
Mənbə: TASS