Gürcüstan parlamentinin bugünkü plenar iclasında pandemiya dövrünün tələblərini pozan şəxslərin cərimələrinin silinməsini nəzərdə tutan qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
“Report”un yerli bürosu xəbər verir ki, sənəddə 2020-ci ildən 2021-ci ilin iyunun 23-dək törədilmiş qayda pozuntularına görə yazılan cərimələrin ləğvi nəzərdə tutulub.
Qanun layihəsi ilə həm fiziki, həm də hüquqi şəxslər inzibati və cinayət məsuliyyətindən azad olunacaqlar.
Qeyd edək ki, amnistiya 245 min vətəndaş və 344 hüquqi şəxsi əhatə edəcək. Silinəcək cərimələrin ümumi məbləği təxminən 76 milyon lari (24,5 milyon ABŞ dolları) təşkil edir.