Türkiyə Silahlı Qüvvələri “Barış Pınarı” əməliyyatı bölgəsində terrorçulara zərbə endirib.
Belə ki, Türkiyə ordusuna atəş açan terrorçulara topçular cavab verib. Atəş açan PKK-YPG terrorçularının mövqeləri dəqiq artilleriya atəşi ilə vurulub.
İlkin məlumata görə, zərbə nəticəsində ən azı doqquz terrorçu məhv edilib.
Mənbə: “Hürriyet”