Gürcüstanda koronavirus peyvəndinin hər iki dozasını vurduran şəxslər ölkənin Ədliyyə Nazirliyinin xidmətlərindən güzəştlə yararlana biləcəklər.
Vaksinin hər iki dozasını vurduran şəxslər fərdi sahibkarın qeydiyyatı, qeydiyyat məlumatlarının dəyişdirilməsi və ləğv edilməsi, əmlak bəyannaməsi yeniləməsi kimi xidmətlərdən pulsuz, nikaha mane olan hallar haqqında arayışı isə 50 faiz endirimlə əldə edə biləcəklər.
Eyni zamanda, Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən tam peyvənd edilmiş şəxslər Ədliyyə Evlərinə və İcma Mərkəzlərinə növbəyə yazılmadan gedəcəklər.
Mənbə: “Sputnik Gürcüstan”