İspaniyanın əksər bölgələrində leysan yağışları səbəbindən təhlükə səviyyəsi artıb.
Bu barədə Median.Az "RİA Novosti"yə istinadən xəbər verir.
Sentyabrın ilk günündə səhər saatlarında yağan yağışlar nəticəsində müxtəlif bölgələrdə, xüsusən Tarraqona (Kataloniya) və Kastellon (Valensiya) bölgələrində bir çox yaşayış məntəqələrini su basıb. Madriddə də güclü yağışlar səbəbindən bəzi tunellər bağlanıb, bir neçə metrostansiyada qatarlar artan fasilələrlə hərəkət edir.