Gürcüstanda ictimai nəqliyyatın işinə tətbiq olunan məhdudiyyətin müddəti sentyabrın 13-dək uzadılıb.
Bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.
Qərar epidemioloji vəziyyətin təhlilindən sonra qəbul olunub.
Qeyd edək ki, qonşu ölkədə metro və sərnişin avtobusları avqustun 14-dən fəaliyyət göstərmir. Müvafiq qərar sentyabrın 4-dək qüvvədə qalmalı idi.