Gürcüstanda altı yaşlı uşaq koronavirusun qurbanı olub.
Bu barədə İ.Tsisişvili adına Tiflis uşaq xəstəxanasının rəhbəri Mayya Çxeidze məlumat verib.
Onun sözlərinə görə, azyaşlı serebral iflic, epilepsiya kimi xəstəliklərdən əziyyət çəkib. Koronavirus isə onu septik şoka salıb. Uşaq xəstəxanaya çatdırılan kimi süni nəfəs cihazına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, Gürcüstanda COVID-19 diaqnozu ilə artıq üçüncü uşaq ölümüdür.