Danimarka hökuməti koronavirusa qalib gəldiyini elan edib.
Rəsmi Kopenhagen “COVID-19”la bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün hərəkətə keçib.
Qeyd olunub ki, qadağalar iki həftə ərzində qüvvədən düşəcək.
Ölkədə hazırkı vəziyyəti şərh edən səhiyyə naziri Maqnus Hoynike “virus nəzarət altındadır”,- deyə bildirib.
Vurğulanıb ki, vətəndaşların 70 faizindən çoxu vaksinasiyada iştirak edib.
Qeyd edək ki, Danimarka sərt karantin rejiminə keçən ilk ölkələrdəndir. Son həftələrdə ictimai nəqliyyatda maska tələbi ləğv edilib.
Koronavirus pasportunun tələbi isə iki həftə sonra deaktiv olacaq.