Rusiyanın Əfqanıstanın Məzari-Şərif şəhərindəki Baş Konsulluğu bu ölkədəki siyasi vəziyyətin kəskinləşməsi səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.
O əlavə edib ki, hazırda Əfqanıstanda bir çox konsulluqlar ölkədəki gərginlik düzələnə qədər müvəqqəti olaraq işlərini dayandıracaq.
Z. Kabulovun sözlərinə görə, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Tacikistana Əfqanıstanla sərhəd ərazidə təhlükəsizliyinin təmin edilməsində kömək göstərməyə davam edəcəklər.