ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində yaşayış binasının dağılması zamanı ölənlərin sayı 24 nəfərə çatıb.
Bu barədə Mayami Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.
“Ötən gecə axtarış komandası daha (hadisə zamanı həlak olmuş-red) 2 qurbanın meyitini çıxardı. İyirmi dörd ölüm təsdiqlənib”, - o deyib.
Mer əlavə edib ki, hadisə zamanı binada olmuş 124 nəfər itkin düşmüş sayılır. Daniella-Livayn Kava əlavə edib ki, çoxları binadakı ev heyvanları barədə soruşurlar. Lakin mütəxəssislər hələ onları aşkarlamayıblar.
Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində 12 mərtəbəli bina iyunun 24-ə keçən gecə qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası göndərilib. İndiyədək onlarla insanın dağıntılar altından çıxarıldığı bildirilir.
Qeyd edək ki, bina 1981-ci ildə dəniz sahilində tikilib.