Dünya ictimaiyyəti hazırki pandemiya dərslərindən ibrət götürməli, yeni epidemiya və pandemiyalara hazırlaşmalıdır.
TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus kiçik ada dövlətlərinin səhiyyə sammiti iştirakçılarına videomüraciəti zamanı bəyan edib.
O, həmçinin diqqəti yüksək və aşağı gəlirli ölkələr arasındakı fərqi artıran peyvənd bərabərsizliklərinə və vaksin millətçiliyinə cəlb edib.
ÜST rəhbəri xatırladıb ki, hazırda koronavirusa qarşı peyvəndlər 77 % -i dünyanın yalnız 10 ölkəsində edilir. Eyni zamanda, az gəlirli ölkələrin əksəriyyəti hələ də ən həssas və risk altındakı əhaliyə çatacaq qədər peyvəndə malik deyillər.