Özbəkistanda iyunun 28-dən COVID-19-la bağlı məhdudiyyətlər yenidən gücləndirilir.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Özbəkistanın Koronavirusla bağlı Xüsusi Respublika Komissiyası qərar qəbul edib. Qərara əsasən Daşkənd şəhəri qırmızı, Səmərqənd və Daşkənd vilayətləri sarı, digər vilayətlər yaşıl zona elan olunub.
Bildirilir ki, bu müddətdə regionlardan Daşkəndə gələn avtobuslar və fərdi minik maşınlarına məhdudiyyət qoyulur.
Bu gündən paytaxtda gecə klubları, diskoteka və karaoke salonları, kompüter oyunları mərkəzləri, restoran, kafe və çayxanalar 08:00-dan 20:00-dək işləyəcək, müştərilərin sayı adi vaxta olduğunun 50 faizi qədər olmalıdır.
Məscidlərin həyətlərində namaz qılmaq məsləhət görülür.
Bu gün Özbəkistanda koronavirusa 493 yeni yoluxma halı qeydə alınıb.