Kanadanın qərbini öz təsiri altına alan isti hava kütləsi ölkədə son 84 ilin ən isti yayının yaşanmasına səbəb olur.
“Anadolu” agentliyi Kanada Meteoroloji Xidmətlərinin açıqlamasına istinadən xəbər verir ki, Britiş Kolumbiya ştatında dünən günorta saatlarından sonra 46,1 dərəcə isti qeydə alınıb.
İsti hava səbəbindən ştatdakı restoranlar, pərakəndə satış mağazaları və məktəblər bağlanıb.
Hətta koronavirusa qarşı peyvənd vurulan klinikalar da qəbulu qarşıdakı günlərə dəyişiblər.
Ştatın Pemberton Vadisində isti hava nəticəsində qarlar gözləniləndən daha sürətlə və çox əridiyindən çayların səviyyəsi qalxıb və bir çox evdən sakinlər təxliyə olunub.
Biıdirilir ki, bu gündən havanın istiliyi daha da artacaq və bəzi bölgələrdə 50 dərəcə təşkil edəcək.
Bundan əvvəl Kanadada 1937-ci ilin iyul ayında Saskaçevan ştatında 45 dərəcə isti hava qeydə alınıb.