“Amazon” 2012-ci ildə ABŞ-ın “Wickr” şirkəti tərəfindən yaradılan eyniadlı şifrəli mesajlaşma tətbiqetməsini satın alıb.
Bu barədə “Techspot” məlumat verib.
Sövdələşmənin məbləği açıqlanmır.
“Wickr” – “WhatsApp” və “Signal”a bənzər şəkildə şifrələnmiş rabitə texnologiyasına sahib mesajlaşmadır.
“Amazon”dan xüsusilə COVID-19 pandemiyası səbəbindən “hibrid” iş şəraitinə keçməsi ilə təhlükəsiz kommunikasiyaya ehtiyacın artdığı qeyd edilib. Şirkətin vitse-prezidenti və informasiya təhlükəsizliyi üzrə direktoru Stiven Şmidt “Wickr”in ən etibarlı “ucdan uca” şifrələnmiş rabitə texnologiyası hazırladığını söyləyib.
İndi “Wickr” tətbiqindən həm dövlət şirkətləri, həm də korporativ şirkətlər istifadə edir.