Nigerin qərbində silahlı şəxslərin bir neçə kəndə hücumu zamanı onlarla şəxs həlak olub, daha 2 nəfər yaralanıb.
Bu barədə "Report" "ActuNiger" yerli portalına istinadən xəbər verir.
Qeyd edilir ki, hücumlar Mali ilə sərhəd yaxınlığındakı Tillaberi regionunda olub. Motosikletlərdə gələn silahlılar azı üç kəndə hücüm edərək, 19 nəfəri öldürüblər. Quldurlar həmçinin mağazaları qarət ediblər və yerli sakinlərin əmlaklarını aparıblar.