Türkiyənin pop ulduzu Ajda Pekkana onunla işləyən biri ilə xəyanət etdiyi iddia olunan Bülent Çavuşoğlu Bodrumda kameralara tuş gəlib.
“Takvim” xəbər verir ki, biznesmenin tətilə gəldiyi qadın bir müddət superstarın meneceri olan və Pekkan tərəfindən işdən qovulan Etel Sason olub.
Bülent Çavuşoğlunun hey ətrafa nəzarət etməsi, Etel Sasonun isə daha rahat olması və günəşdən zövq alması diqqət çəkir.
Bir müddət Ajda Pekkanın ən çox güvəndiyi iki şəxs- Çavuşoğlu və Sason indi Bodrumda sevgi tətilindədirlər.
Bülent Çavuşoğlunun xəyanətindən sarsılan Pekkan 2020-ci ilin fevralında münasibətlərinə son verib. O dövrdə yayılan şayiələrə görə, iş adamı müğənnini ona çox yaxın olan sarışın gözəllə aldadıb.
54 yaşlı Bülent Çavuşoğlu Tuğçe Eyiliklə evli olarkən, özündən 22 yaş böyük Ajda Pekkana vurulmuşdu.