Pandemiya dövründə havanın yüksək temperaturunun infeksiyanın yayılmasına təsir göstərmədiyi məlum olub.
“Sputnik”in məlumatına görə, bu barədə Moskva Dövlət Universitetinin biologiya fakültəsinin professoru Nikolay Nikitin isti havanın koronavirusa təsirini qiymətləndirərkən danışıb.
Onun sözlərinə görə, bu vəziyyətə yalnız sosial faktorlar təsir göstərə bilər - yəni yay mövsümündə insanlar dincəlməyə gedir və bir-birləri ilə daha az təmasda olurlar, beləliklə yoluxma riski azalır.
Ancaq virusun özü üçün istilik heç bir əhəmiyyət daşımır:
“Ştammlara gəldikdə, burada da isti havanın yeni mutasiyaların yaranmasına və yayılmasına təsir etdiyini söyləmək olmaz”, - deyə bioloq vurğulayıb.
Eyni zamanda, anomal istilər yoluxmuş insanların vəziyyətinə təsir göstərə bilər. Bu ilk növbədə xroniki xəstəlikləri olanlara və ürək xəstəliklərindən əziyyət çəkənlərə aiddir.