Tokio Olimpiya Oyunlarının təşkilatçıları yarış yerlərində spirtli içkilərin istifadəsini qadağan ediblər.
Bu barədə “The Japan Times” xəbər verib.
Əvvəlcə təşkilat komitəsi bəzi məhdudiyyətlərlə alkoqollu içkilərin satışına və istehlakına icazə verilməsinin mümkünlüyünü nəzərdən keçirib. Lakin bu plan xalqın etirazına səbəb olub və “Twitter”də “Olimpiadaları ləğv et” həştəqi ilə on minlərlə paylaşım edilib.
Bundan sonra bu fikirdən imtina edilməsinə qərar verilib.
Həmçinin şəxsin yanında alkoqollu içki daşıması da qadağan edilib.
Bundan əlavə, temperaturu 37,5 dərəcə və daha yüksək olan bilet sahibləri yarışa buraxılmayacaq.