Perunun cənub hissəsindəki Lukanas əyalətində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 17 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi bildirib.
Məlumata görə, qəza zamanı 20-dən çox sərnişin müxtəlif dərəcəli ağır xəsarətlər alıb, yaralılar xəstəxanaya yerləşdirilib.
İstintaqın ilkin versiyasına əsasən, qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəticədə nəqliyyat vasitəsi 200 metr hündürlükdən dərəyə düşüb.