Türkiyədə son 24 saat ərzində 224 128 nəfərin COVID-19 testi yoxlanılıb.
“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 5575 nəfər təşkil edib.
Son sutka ərzində 59 nəfər koronavirus səbəbindən vəfat edib.
Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 4427 nəfərə çatdığı bildirilib.
Hazırda Türkiyə xəstəxanalarında 856 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.