Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

Azərbaycan Ukraynaya qaz tədarükü ilə bağlı yeni mənbələrdən biri ola bilər.

“Report”un “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Qaz Nəqli Operatoru Sisteminin müştərilərlə iş şöbəsinin müdiri Andrey Prokofyev enerji sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun 4-cü iclasında çıxışı zamanı bildirib.

“Biz Ukrayna ilə Azərbaycanın neft-qaz şirkətləri arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk və bunun inkişafında maraqlıyıq. Vacib olanı isə budur ki, Azərbaycan tərəfinin də Ukraynaya qaz tədarükü imkanlarını inkişaf etdirmək üçün marağı var”, - deyə o bildirib.

Xatırladaq ki, hazırda Azərbaycandan Ukraynaya təbii qazın nəqli Türkiyə ərazisindən və daha sonra Trans-Balkan boru kəməri ilə mümkündür.

Qeyd edək ki, Ukrayna Qaz Nəqli Sistemi Operatoru 2020-ci ilin avqust ayında müştərilərinin istəyi ilə ilk dəfə Trans-Balkan qaz dəhlizi ilə Yunanıstandan Bolqarıstanın və Rumıniyanın qaz nəqli sistemləri vasitəsilə Ukraynaya revers qaz nəqlini həyata keçirib. Bu da Trans-Balkan marşrutunun texniki imkanlarını nümayiş etdirmiş olub.

2020-ci ildən bəri Ukrayna ilə Avropa ölkələri arasında dövlətlərarası əlaqə nöqtələrinin istismarı Avropa İttifaqının Üçüncü Enerji Paketinin tələblərinə uyğun olaraq, üçüncü tərəflərin hərraclar yolu ilə imkanlara sərbəst girişini təmin edir.

A. Prokofyev əlavə edib ki, Ukraynanın Qaz Nəqli Sistemi Operatoru idxal imkanlarını artırmaq üçün Trans-Balkan marşrutu boyunca təbii qaz nəqlinin inkişafı üzrə Rumıniya və Moldovadan olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirir: "Bu da Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün daha yaxşı şərait yaradacaq”.

Qeyd edək ki, Ukraynada illik təbii qaz istehlakı təxminən 30 mlrd kubmetr təşkil edir. Bunun da təxminən illik 20 mlrd kubmetri daxili istehsalı sayəsində ödənilir. İdxal olunan qaza tələbat isə təxminən 10 mlrd kubmetr təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            510 18.06.21 16:01