"Apple" şirkətin ABŞ-dakı mağazalarında və ofislərində koronavirus pandemiyası səbəbiylə qoyulan tələbləri yumşaltmağa başlamaq niyyətindədir.
Median.Az ted.az-a istinadən bildirir ki, "Apple" mağazalarında peyvənd olunan müştərilərin qoruyucu tibbi maskalar taxmalarına ehtiyac qalmayacaq. Şirkət işçiləri müştərilərdən peyvənd olunma barədə təsdiq istəməyə bilərlər. Yumşalma iyunun 15-dən qüvvəyə minir.
Bununla birgə, Kaliforniya ştatındakı bəzi ofislərin personalı istisna olmaqla mağazası işçiləri qoruyucu tibbi maskaları taxmaqda davam etməli olacaqlar.