Rusiyada 7-13 iyun tarixində benzinin qiyməti orta hesabla 8 qəpik artaraq, litri 48,01 rubl təşkil edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosstat”ın məlumatında bildirilib.
Dizel yanacağı isə 7 qəpik bahalaşaraq 1 litri 49,77 rubla qədər qalxıb.
Qeyd edilib ki, qiymət artımı əsasən Rusiyanın 67 bölgəsini əhatə edib.