Almaniyanın paytaxtı Berlin şəhərində sol radikalları tərk edilmiş binadan çıxarmaq istəyən polis işçiləri hücuma məruz qalıblar.
Bu barədə Berlin polisinin tvitter səhifəsində qeyd olunub.
Belə ki, radikallar binadan çıxmamaq üçün polis işçilərinə daş və dəmir parçaları atıblar. Nəricədə hüquq mühafizə orqanlarının azı 60 işçisi xəsarət alıb.
Bundan əvvəl şəhər kommunal xidmətlərinə Riqaer-ştrasse 94 ünvanında yerləşən binada yoxlama aparmaq barədə icazə verilib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə almağa başlayanda onlara daşlar atılıb.
Daha sonra tərk edilən binada yaşayanlar küçədəki zibilləri yandırıblar.