Ermənistan hakimiyyəti artıq uzun müddətdir ki, ölkədə 21 iyunda – parlament seçkilərindən sonra nələrin baş verə biləcəyini müzakirə edir və belə nəticəyə gəlinib ki, genişmiqyaslı mitinqlərə hazırlaşmaq lazımdır.
Bu barədə “Joxovurd” qəzeti yazıb.
“Hakim komandanın bir hissəsi hesab edir ki, iş mitinqlərə qədər gedib çatmayacaq, çünki lazımı səsi toplamaq mümkün olacaq”, - deyə nəşr qeyd edib.
Bu baxımdan Paşinyanın əsas məqsədinin Respublika meydanında müxalifətin mitinq keçirməsinin qarşısını almaq olduğu bildirilir. Məhz buna görə də baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan 21-24 iyun tarixlərində meydanı “bron edib”.
Paşinyan və komandası seçkilərdə qalib gələcəyinə inanır və ona görə də seçkidən sonra müxalifətin mitinqləri fonunda gərginliyin yaranması istisna edilmir. Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına da müvafiq göstərişlər verilib.