Birləşmiş Ştatlar “Lockheed SR-71 Blackbird” təyyarələrinin hazırlanması üçün titan alınması məsələsində SSRİ-ni aldadıb.
Bu barədə “National Interest” nəşri yazıb.
Nəşr qeyd edir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi sözügedən metalın alınması üçün saxta şirkətlərdən və üçüncü ölkələrdən istifadə edib.
Vaşinqtonun bu yola əl atmasının səbəbi isə ölkədəki titan ehtiyatlarının çatışmazlığı olub.