14 iyuldan etibarən quduzluğun yayılma təhlükəsi səbəbi ilə ABŞ-a 113 ölkədən it gətirilməsinə müvəqqəti qadağa qoyulub.
Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) saytında qeyd edilib:
“Bu müvəqqəti tədbir ABŞ-a daxil olan köpəklərin sağlamlığı və təhlükəsizliyini təmin etmək və əhalinin sağlamlığını it quduzluğu virusunun ABŞ-a yenidən daxil olmasından qorumaq üçün lazımdır”.
Bildirilir ki, ABŞ 2007-ci ildə it quduzluğu virusunu yox edib, ancaq bir yoluxmuş köpəyin ölkəyə gətirilməsi ölümcül xəstəliyin insanlara, eləcə də ev və vəhşi heyvanlara keçməsinə səbəb ola bilər.
Sözügedən siyahıda Belarus, Rusiya, Ukrayna, Türkiyə, Çin, Səudiyyə Ərəbistanı, Keniya, Vyetnam, Peru, Liviya, Braziliya və Hindistan da yer alır.