“Hazırkı dövrədək Gürcüstanda koronavirusun Hindistan ştammına 18 yoluxma halı təsdiqlənib”.
Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze deyib.
O bildirib ki, virusun təhlükəli növü əsasən digər ölkələrdən qayıdan Gürcüstan vətəndaşlarında aşkarlanıb.