Pakistanın ən sıx məskunlaşdırılmış vilayəti olan Pəncabda qeyri-adi qərar qəbul edilib. Yerli səhiyyə idarəsinin rəhbəri Yasmin Rəşidin başçılığı ilə keçirilən iclasda peyvənd olunmaqdan imtina edənlərin SIM-kartlarının bloklanması qərara alınıb.
Məlumatı “The Express Tribune” nəşri yayıb.
Y.Rəşidin sözlərinə görə, vaksinasiya üçün Pəncab əhalisinə müəyyən vaxt veriləcək və yalnız bu vaxtın tamamında müvafiq tədbir tətbiq olunacaq.
O, əlavə edib ki, vilayət rəhbərliyi koronavirusun yayılmasının qarşısını almaq üçün əlindən gələni edir.