Amerikalı alimlər COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsir göstərə biləcək mexanizm müəyyən ediblər.
“İnterfax” xəbər verir ki, alimlər süni intellektlə Altsheymer xəstəliyi və COVID-19 xəstələrinin məlumatlarını öyrəniblər.
Onlar SARS-CoV-2 və Altsheymer xəstələrinin genləri və zülalları ilə bir neçə nevroloji xəstəliklə əlaqəli olan gen və zülallar arasındakı yaxınlığı ölçüblər.
Tədqiqatçılar SARS-COV-2-nin beyin toxumalarına və hüceyrələrə yoluxmasına imkan verən genetik faktorları da təhlil ediblər:
“Bu məlumatlar virusun beyindəki neyroinflamasiya və mikrovaskulyar zədələnmələrdə iştirak edən bir neçə geni və ya yolu hədəf alacağını göstərir ki, bu da Altsheymer bənzər koqnitiv pozğunluğa səbəb ola bilər”.