Rusiyada süni intellekt “Bilayna” yollarda çalaları tapacaq.
Bu barədə TASS-a şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Bilayna” Rusiyanın bölgələrindən biri ilə birlikdə pilot layihəyə başlayacaq və bunun çərçivəsində şirkətin mütəxəssisləri tərəfindən öyrədilmiş şəbəkə ümumi yollarda pozuntular və çalalar axtaracaq.
Dronların köməyi ilə yolun bəzi hissələrinin fotoşəkillərinin toplanması planlaşdırılır, bundan sonra şəbəkə kələ-kötür olan yolları və ya çalaları müəyyən edəcək.
Cihaz çalanın dərinliyini də müəyyənləşdirəcək.