Rusiya Bankı uçot dərəcəsini 5,5%-ə çatdırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Rusiya Bankı uçot dərəcəsini 5,5%-ə çatdırıb

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin daha 0,5 faiz bəndi artırılaraq 5%-dən 5,5%-ə çatdırılması barədə qərar qəbul edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Rusiya Bankı bəyan edib ki, ölkə və dünya iqtisadiyyatı gözləniləndən tez bərpa olunur, inflyasiyanın səviyyəsi isə onun proqnozlarından çoxdur. Sabit amillərin qiymət artımına təsiri tələbin artması ilə genişlənir. Qısa müddətdə bu təsir qlobal əmtəə bazarlarında bahalaşma ilə nəticələnəcək. Gələn ilin II yarısında Rusiyada illik inflyasiya Mərkəzi Bankın hədəfinə uyğun, gələcəkdə isə 4%-ə yaxın olacaq.

Xatırladaq ki, Rusiya Bankı bu il martın 19-da uçot dərəcəsini 4,25%-dən 4,5%-ə, aprelin 23-də isə 4,5%-dən 5%-ə qaldırmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            471 11.06.21 18:40