ABŞ-da iki ədəd yeni nəsil “Northrop Grumman B-21 Raider” bombardmançı təyyarələri təqdim olunub.
Bu barədə “The Drive” məlumat yayıb.
Bildirilib ki, hazırda ölkənin Hərbi Hava Qüvvələri ilk yeni nəsil bombardmançılarının sınaqlarına hazırlaşır. B-21-in ilk uçuşu cari ilin ortalarında baş tutacaq.
Qeyd edək ki, ABŞ HHQ tədricən öz bombardmançılarının sayını 157-dən 225-ə çatdırmağı və onların hamısının B-21 təyyarələrindən ibarət olmasını planlaşdırır.