Ermənistanın hökumət binası qarşısına toplaşan etirazçıların həbsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Ermənistanın hökumət binası qarşısına toplaşan etirazçıların həbsi başlayıb

Ermənistan polisinin xüsusi qüvvələri bu gün səhər ölkənin sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan“ blokuna daxil olan “Daşnaksütyun” Partiyasının Gənclər Təşkilatının 10-dək üzvünü saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, gənc fəallar baş nazir vəzifəsini icra edən Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil ediblər.

Fəallar özləri ilə gətirdikləri çiyələyi, konfetləri və alt paltarlarını binanın yaxınlığında tullayıblar.

Etiraz əlaməti olaraq bu ərzaq məhsulları və əşyaların seçilməsi də təsadüfi deyil. Belə ki, Paşinyan ordu sahəsində islahatlar barədə öz çıxışlarında əvvəlki hakimiyyətlər dövründə valideynlərin öz əsgər övladlarına alt paltarı göndərməli olduqlarını dəfələrlə qeyd edib. Çiyələk mövsümi giləmeyvə kimi yayın əvvəlindən etibarən hərbçilərin qida rasionuna daxil edilib. Konfetə gəlincə, baş nazir vəzifəsinin icraçısı bu yaxınlarda özünün seçki kampaniyası zamanı əvvəllər əsgərlərin alçaldıldığını, onların qabağına bir ovuc konfet atıldığını, onların isə bunu qamarlamaq üçün torpağı cırmaqladıqlarını bildirib. Bu ifadə həmin vaxt böyük səs-küyə səbəb olmuşdu. Paşinyanı əsgərləri alçaltmaqda ittiham etmişdilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            741 10.06.21 18:41