Yaponiya hakimiyyəti bu yay koronavirus qarşı vaksinasiya pasportları verməyə başlamağı planlaşdırırlar.
Trend-in məlumatına görə, bu barədə Nikkei qəzeti xəbər verib.
İlkin mərhələdə bu cür pasportların xaricə tez-tez səyahət edən vətəndaşlara veriləcəyi qeyd olunur.
Bildirilib ki, ABŞ və Avropa ölkələri peyvənd olunma barədə məlumat tələb etdikləri üçün yüksək səviyyəli Yapon məmurları artıq başqa ölkələrə səyahət edərkən müvafiq sertifikatlardan istifadə edirlər.