Ermənistanın Araqaçotn əyalətinin polis rəisi Vaqan Azqaşyan istefa haqqında ərizə yazıb.
“Report” xəbər verir ki, “ArmLur.am” bildirib.
Qeyd edilir ki, buna onun ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın əmrlərinin icrasından imtina etməsi səbəb olub. "O, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın əmrləri yerinə yetirməkdən imtina etdi və vəzifəsindən getməyə qərar verdi", - deyə agentliyin məlumatında qeyd edilir.
Agentlik polis rəisinin baş nazirin əmrlərinə qarşı çıxmasını "vətənpərvərlik" kimi qələmə verib.