Ermənistanda “Gallup International Аssociation” təşkilatı respublikanın bütün bölgələrindən telefonla 1100 respondentin iştirak etdiyi sorğunun yeni nəticələrini açıqlayıb.
Ermənistanda seçkilər bu bazar günü keçirilsəydi, səslər aşağıdakı şəkildə paylanardı:
22,4 % - Nikol Paşinyanın “Vətəndaş Sazişi” partiyası;
20,6 % - Robert Koçaryanın “Ermənistan” bloku;
4,2 % - Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası;
3,5 % - Artur Vanetsyan “Mənim şərəfim var” bloku;
2,9 % - Edmon Marukyanın “Maariflənmiş Ermənistan” partiyası;
2,1 % - Aram Sarkisyanın “Respublika” partiyası;
1,7 % - “Şirinyan-Babajanyan” bloku;
1,5 % - “Milli-Demokratik Qütb” partiyası.