ABŞ-ın “Apple” korporasiyası 2021-ci ilin sentyabr ayından etibarən işçilərinə həftədə azı üç dəfə ofisə gəlməyi tələb edib.
“The Verge” portalı bu barədə xəbəri “Apple” şirkətinin rəhbəri Tim Kukun işçilərinə ünvanlandığı məktubun mətninə əsasən yayıb.
“Video konfranslar bizim aramızda olan məsafəni azaltdı, amma elə məqamlar var ki, onlar heç nə ilə əvəz edilə bilməz”, - T. Kuk bildirib.
T.Kuk tələb edib ki, “Apple” işçilərinin əksəriyyəti bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri mütləq şəkildə ofisdə olmalıdırlar.
Yalnız həftənin üçüncü və cümə günləri məsafədən işləmək icazəsi verilir.