Fələstin-İsrail münaqişəsinin hazırki gərginliyi Yaxın Şərq regionundakı sabitliyi daha çox poza bilər.
“Reuters”in məlumatına görə, bu sözləri ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.
General bildirib ki, İsrailin hərəkətləri özünümüdafiə sayılır:
“Zorakılıq səviyyəsi elə bir həddədir ki, döyüşləri davam etdirmək heç kimin marağında deyil”.