Ermənistan polisi mayın 17-də keçmiş nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryanı saxlayıb.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Keçmiş nazir Moskvadan İrəvana qayıdarkən “Zvartnots” hava limanında saxlanılıb.
Beqlaryan Ermənistanın cinayət məcəlləsinin bir sıra maddələri ilə 2020-ci ilin mart ayından axtarışa verilmişdi. O, xüsusilə külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.