Britaniya şahzadəsi Harri gözlənilməz bəyanat verib.
“Armchair Expert” verilişində aktyor Daks Şepardla söhbət zamanı o bildirib ki, hələ 20 yaşı olarkən kral ailəsindən getməyi və müvafiq öhdəliklərdən imtina etməyi düşünüb.
Harri öz keçmiş həyatını “Trumen şousu ilə zoopark arasındakı həyat” kimi səciyyələndirib.
O, uşaqlıqda keçirdiyi iztirabları xatırlayıb və öz övladlarının bu çətinliklərdən azad böyüməsini təmin etmək üçün kral ailəsindən uzaqlaşdığını qeyd edib.
Xatırladaq ki, şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında kral ailə üzvlüyündən imtina etdiklərini bəyan ediblər. Bir müddət sonra oğulları Arçi ilə ABŞ-a köçən cütlüyün bu yay qızları dünyaya gəlməlidir.