Ağ Evin mətbuat katibi Cen Psakinin jurnalistlər üçün keçirdiyi ənənəvi brifinq zamanı cırıltı səsi eşidilib.
“RİA Novosti” agentliyi xəbər verir ki, hadisə yerli telekanallar tərəfindən yayımlanıb.
Ətrafa boylanan C.Psaki əvvəl təlaşlansa da, daha sonra özünü ələ alaraq zarafatla qeyd edib ki, bu, ABŞ-ın 16-cı prezidenti Abram Linkolnun Ağ Evdə dolaşan ruhudur.
“Qorxmayın. İstisna deyil ki, bu, Linkolnun Ağ Evdə dolaşan ruhudur”, - C.Psaki söyləyib.