Afrikanın qərbindəki Burkino-Fasoda bir neçə silahlı hücum baş verib.
Bu barədə “RİA Novosti” bildirib.
Qeyd edilir ki, hücumlar nəticəsində azı bir neçə yerli sakin həlak olub. Hadisələrin təfərrüatları açıqlanmır. Yalnız bildirilir ki, hücumlara bir neçə kənd məruz qalıb.
"Silahlı şəxslər bir sıra kəndlərə və yaşayış məntəqələrinə basqın etdilər. Onlar təxminən 15 insanı öldürdülər", - hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib.
Son üç il Burkino-Faso ciddi təhlükəsizlik böhranı ilə qarşılaşıb.
Daha əvvəl bu ölkədə bir neçə mülki şəxs girov götürülüb. Onlar arasında iki ispan və bir irland jurnalist vardı. Bu şəxslərin hamısı heyvanların müdafiəsi üzrə qeyri-hökumət təşkilatının aksiyasında iştirak edərkən pusquya düşüblər. Girovlardan heç biri sağ qalmayıb.