Yaponiyada marketinq işçisi eyni vaxtda 35 qadınla eşq yaşadığına görə həbs edilib.
İşi sayəsində tanış olduğu qadınlara evlilik təklifi edən 39 yaşlı yaponun iç üzünü polislər açıb. Belə ki, kişi doğum gününü müxtəlif tarixlərdə bildirərək, münasibətdə olduğu qadınlardan bahalı hədiyyələr alıb.
Daha sonra ortalıqda görünməyən şəxs, "sevgililəri" tərəfindən axtarışa verilib. Bir neçə qadının həmin şəxsi polisə axtarışa verməsi diqqət çəkib. Yapon polis şəxsi qısa zamanda saxlayıb. O, dələduzluqda ittiham olunaraq, həbs edilib.