Gürcüstan baş nazirinin tapşırığına əsasən, ölkənin Səhiyyə Nazirliyi koronavirusla mübarizə üçün əlavə çarpayı, dərman vasitələri, oskigen və testlərin əldə olunması üzrə plan hazırlayıb.
Bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəisi Giorgi Qibradze bildirib.
Onun sözlərinə görə, ölkə hadisələrin ən pis inkişaf ssenarisinə hazır olacaq: "Vəziyyət nəzarət altındadır və dövlət prosesə tam nəzarət edir”.
Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya mayın 10-dək koronavirus xəstələri üçün 6 min çarpayının əlavə olunacağını deyib. O deyib ki, hazırda ölkə üzrə aktiv xəstə sayı 14 min nəfər təşkil edir.
//Report