Tanınmış amerikalı milyarder İlon Mask bu dəfə də özünü televiziya verilişinin aparıcısı kimi sınayacaq.
NBC telekanalı xəbər verir ki, “Tesla” və “SpaceX” kimi şirkətlərin sahibi elə həmin kanalın efirində “Saturday Night Live” yumoristik verilişini tamaşaçılara təqdim edəcək.
Mask verilişin mayın 8-də efirə çıxacaq buraxılışının aparıcısı olacaq. Canlı yayımda tamaşaçıların görüşünə gələcək proqramın qonağı qismində isə populyar müğənni və akrtisa Mayli Sayrus çıxış edəcək.